• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

4 ölkə üç aylıq atəşkəslə bağlı çağırış etdi

DÜNYA

13 Sentyabr 2025 | 20:46 | Müəllif: Subhan Mahmudov

4 ölkə üç aylıq atəşkəslə bağlı çağırış etdi

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ humanitar yardımların sürətlə çatdırılmasına şərait yaradılması məqsədilə Sudanda üç aylıq atəşkəsə çağırış ediblər.

Bakıvaxtı.az Səudiyyə Ərəbistanının xəbər agentliyinə istinadən xəbər verir ki, bu, ABŞ-ın dəvəti əsasında, Səudiyyə Ərəbistanının, Misirin, BƏƏ-nin və ABŞ-ın xarici işlər nazirlərinin Sudandakı münaqişə ilə bağlı apardıqları intensiv məsləhətləşmələrin nəticəsi olaraq qəbul etdikləri birgə bəyanatda əks olunur.

Birgə bəyanatda Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən münaqişənin “dünyanın ən ağır humanitar böhranına” səbəb olduğu, regional sülh və təhlükəsizliyi təhdid etdiyi qeyd olunub. Vurğulanıb ki, böhranın hərbi yolla həlli yoxdur.

Nazirlər bu mövzuda məsləhətləşmələri bu ay keçiriləcək nazirlərin dördtərəfli görüşündə davam etdirmək barədə razılığa gəliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026