• Bakı 13° C

    1.04 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Kaya Kallas: Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlanır

DÜNYA

13 Oktyabr 2025 | 20:38

Kaya Kallas: Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlanır

"Avropa ABŞ ilə eyni mövqedə Ukraynada müharibənin tezliklə bitməsini istəyir. Kiyev də bizim mövqe ilə ortaqdır".

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Kiyevdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya onlara cavab olaraq hələ də susur:

"Əvəzində Ukraynaya zərbələri artırıb. Xüsusilə də qış öncəsi enerji infrastrukturunu hədəf götürüb. Biz ondan danışıqlar masasında oturmağı gözlədiyimiz halda, o əksini edir. Bu da vadar edir ki, biz Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq edək və onu artıq hazırlayırıq. Rusiya iqtisadiyyatı artıq ən zəif dövrünü yaşayır. Bizim sanksiyalar paketi həlledici olacaq".


SON XƏBƏRLƏR

09 Noyabr 2025