• Bakı 15° C

    13.33 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

Kimyada 25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyuldu

CƏMİYYƏT

13 Oktyabr 2025 | 16:40

Kimyada 25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyuldu

Qlikokimya sahəsində mannoz qlikozidasiya reaksiyasının mexanizmi ilə bağlı 2000-ci illərdən bəri davam edən elmi mübahisəyə eksperimental tədqiqatla son qoyulub.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-nin Corciya Universitetinin Kompleks Karbohidrat Araşdırmaları Mərkəzi (CCRC) və Farmasevtik və Biotibbi Elmlər Departamentinin (PBS) tədqiqatçısı, azərbaycanlı alim Dr. Şuay Abdullayevin də daxil olduğu beynəlxalq elmi qrupun məqaləsi nüfuzlu “Journal of Organic Chemistry (JOC)” jurnalında dərc olunub.

Qeyd edək ki, Dr. Şuay Abdullayev karbohidrat kimyası sahəsində bu istiqamətin aparıcı simalarından biri, öz adını daşıyan Crich β-mannosylation reaksiyasının müəllifi və sahənin “yaşayan əfsanəsi” hesab olunan Professor Dr. David Crich ilə birgə çalışır.

Tədqiqat göstərib ki, niderland və alman alimləri tərəfindən illərdir müdafiə edilən mexanizm hipotezi real eksperimental şəraitdə öz təsdiqini tapmayıb. Araşdırma həmçinin reaksiyanın mexanizmində hidrogen rabitəsinin mühüm rol oynaya biləcəyini göstərib.

Beləliklə, elmi ictimaiyyətdə uzun illər müzakirə olunan “remote participation” anlayışının bu reaksiyada rol oynamadığı müəyyənləşdirilib və sahədəki nəzəri fikir ayrılığına elmi əsaslarla nöqtə qoyulub.

Məqalənin linki:https://pubs.acs.org/doi/10.1021/acs.joc.5c01978


SON XƏBƏRLƏR