• Bakı 21° C

    8.27 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Uşaq 3 yaşında sərbəst danışmalıdır

CƏMİYYƏT

12 Noyabr 2025 | 15:14

Uşaq 3 yaşında sərbəst danışmalıdır

“Uşaqlarda nitqə təsir edən iki əsas amil var: Bioloji və sosioloji faktorlar”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova nazirliyin rəsmi “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı məlumat verib.

Onun sözlərinə görə, uşaq artıq 3 yaşında danışmalıdır. Bu yaş həddi oğlan uşaqlarında 2 yaş yarım da ola bilər.

Loqoped bildirib ki, nitq qüsurunu bilmək üçün möcüzə axtarmağa gərək yoxdur:

“Valideyn övladının digər uşaqlardan əhəmiyyətli dərəcədə geri qaldığını müşahidə edən zaman mütəxəssisə müraciət etməlidir”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyun 2026