• Bakı C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

Vəngli sakinlərinə açarlar verildi – FOTO - YENİLƏNİB

CƏMİYYƏT

12 Dekabr 2025 | 14:53

Vəngli sakinlərinə açarlar verildi – FOTO - YENİLƏNİB

Ağdərə rayonu Vəngli kəndinə qayıdan ailələrə evlərin açarları təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Vəngli kəndinə 16 ailə (76 nəfər) qayıdışı təmin edilib.

Qeyd edək ki, bu mərhələdə daxil olmaqla Vəngli kəndinə qayıdan ailələrin ümumi sayı 134-ə (544 nəfər) çatdırılıb.

***

14:43

Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 16 ailə (76 nəfər) köçürülüb.

***

12:28

Ağdərə rayonunun Vəngli kəndinə novbəti köç karvanı yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, Ağdamın Dörd Yol adlanan ərazisindən yola salınıb.

Qayıdış proqramının davamı olaraq Ağdərə rayonunun Vəngli kəndinə 16 ailədən 76 nəfər yola salınıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə köç edən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


SON XƏBƏRLƏR

26 Yanvar 2026