• Bakı C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Fərid Usubovun apellyasiya şikayəti təmin edilmədi

CƏMİYYƏT

12 Dekabr 2025 | 13:30

Fərid Usubovun apellyasiya şikayəti təmin edilmədi

Təqaüddə olan general-mayor Cəbrayıl Usubovun barəsində həbs qətimkan tədbiri seçilən gömrükçü oğlu Fərid Usubov barəsində qərardan apellyasiya şikayəti verib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə F.Usubovun şikayəti təmin edilməyib.

Qeyd edək ki, Fərid Usubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi işləyib.

O, bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub. Hazırda xüsusilə külli miqdarda qaçaqmalçılıqda və başqa cinayətlərdə ittiham olunur.


SON XƏBƏRLƏR