• Bakı 14° C

    5.56 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Uşaq loqopedə gəlib idmana getmirsə...

CƏMİYYƏT

12 Noyabr 2025 | 16:37

Uşaq loqopedə gəlib idmana getmirsə...

"Loqoped olaraq biz ən çox idman mütəxəssisləri, psixoloqlar və pedaqoqlarla əməkdaşlıq edirik".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova səsləndirib.

"Bunlar arasında bizi əlaqələndirən ən önəmli sahə isə idmandır" deyən loqopedin sözlərinə görə, çünki nitq motor bacarıqlarla sıx əlaqədə olan bir prosesdir. A.Ələkbərova bildirib ki, uşaqda nitq problemləri varsa, bu, çox vaxt motor zəifliklərlə də bağlı olur. Ona görə də loqopedik terapiya ilə yanaşı, bədən hərəkətləri və idman məşğələləri də paralel şəkildə aparılmalıdır.

"Əgər uşaq loqopedə gəlir, amma idmana getmirsə, bu, bizim işimizi xeyli çətinləşdirir. Çünki hər iki sahə bir-birini tamamlayır bədən inkişaf etdikcə nitq də formalaşır, koordinasiya gücləndikcə, səs və sözlərin idarə olunması da asanlaşır", - deyə Aytən Ələkbərova əlavə edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR