• Bakı 16° C

    13.33 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

"Yuventus"un müdafiəçisi əməliyyat olunacaq

İDMAN

13 Oktyabr 2025 | 17:31

Yuventusun müdafiəçisi əməliyyat olunacaq

İtaliya "Yuventus"unun zədəli futbolçusu Qleyson Bremerin durumuna aydınlıq gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, braziliyalı müdafiəçi Fransanın Lion şəhərində tibbi müayinədən keçib.

Onun sol dizində medial menisk zədəsi aşkarlanıb.

28 yaşlı oyunçu menisküsün zədələnmiş hissəsinin qismən çıxarılması üçün artroskopik əməliyyat keçirəcək.

Prosedurdan sonra Bremerin "Yuventus"un tibbi heyətinin nəzarəti altında reabilitasiya keçəcəyi gözlənilir. Onun meydana qayıdışı daha sonra açıqlanacaq.


SON XƏBƏRLƏR