• Bakı 11° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Avropa çempionu taekvondoçularla görüş keçirilib

İDMAN

12 Noyabr 2025 | 15:45 | Müəllif: Əli Hüseynov

Avropa çempionu taekvondoçularla görüş keçirilib

Bu gün Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Yunanıstanın Afina şəhərində taekvondo üzrə kiçik yeniyetmələr arasında keçirilmiş Avropa birinciliyində yüksək nəticə əldə etmiş milli komandamızın üzvləri ilə görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev, baş katib Aygül Abdullayeva və milli komandanın məşqçiləri iştirak ediblər.

    Tədbir çərçivəsində Niyaməddin Paşayev bu nəticənin Azərbaycan taekvondosu üçün böyük uğur olduğunu vurğulayıb. Həmçinin vitse-prezident iştirakçılara gələcək karyeralarında uğurlar arzu edib.

    Qeyd edək ki, Azərbaycan taekvondoçuları Avropa birinciliyini 5 qızıl, 5 gümüş və 5 bürünc medalla başa vurub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Noyabr 2026