• Bakı 16° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Həndbolçularımızın İslamiadadakı oyunlarının VAXTI

İDMAN

12 Noyabr 2025 | 10:46

Həndbolçularımızın İslamiadadakı oyunlarının VAXTI

Azərbaycanın qadınlardan ibarət həndbol millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı matçlarının vaxtı müəyyənləşib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.

B qrupunda yer alan yığma ilk oyununu noyabrın 13-də Qətər yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Milli noyabrın 15-də Özbəkistanla üz-üzə gələcək. Bu görüş eyni vaxtda start götürəcək.

Son qarşılaşma isə noyabrın 17-də, saat 15:00-da Qazaxıstan millisi ilə oynanılacaq. Bütün matçlar "Green Hall" Olimpiya Kompleksində baş tutacaq.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.


SON XƏBƏRLƏR