• Bakı 22° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Tuncay Şanlı yenidən "Fənərbağça"da

İDMAN

12 Noyabr 2025 | 15:29 | Müəllif: Əli Hüseynov

Tuncay Şanlı yenidən "Fənərbağça"da

Türkiyənin "Fənərbağça" klubunun əfsanəvi futbolçularından Tuncay Şanlı yenidən sabiq komandasının uğurları üçün çalışacaq.

Bakıvaxtı.az xəbər verir ki, sabiq hücumameyilli yarımmüdafiəçi İstanbul kollektivində "Dəyər Yaratma və İnkişaf Direktoru" vəzifəsinə təyin olunub.

Tuncay Şanlı aşağı yaş qruplarından ibarət kollektivlərlə əsas komanda arasında struktur koordinasiyanın gücləndirilməsinə çalışacaq.

Qeyd edək ki, Tuncay Şanlı 2002-2007-ci illərdə "Fənərbağça"da çıxış edib. Bu müddət ərzində o, 154 oyunda 59 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026