Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən VI İslam Həmrəyliyi Oyunları Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (110 kq) üçün çətin keçib.
Bakıvaxtı.az xəbər verir ki, idmançı bu barədə report-un yarışa ezam olunmuş əməkdaşına açıqlama verib.
O, təəssüratlarının çox olduğunu bildirib:
"Fikirlərimi sözlə ifadə edə bilmərəm. İslamiadanın açılış mərasimində bayraqdar idim. Bu, karyeram üçün böyük uğurdur. Çox çətin yarış keçdi. Rəqiblərim Yay Olimpiya Oyunlarının və dünya çempionatlarının mükafatçısı idi. Onlardan geri qaldığımı düşünmürəm. Mənim üçün möhtəşəm turnir oldu. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu, bütün Azərbaycanın uğurudur".
Qeyd edək ki, Dadaş Dadaşbəyli İslamiadada iki gümüş medal qazanıb.
Bakı 



