İspaniyanın “Barselona” komandasının futbolçusu Dani Olmo La Liqanın X turunda “Real Madrid”lə keçiriləcək matçı buraxacaq.
Bakıvaxtı.az xəbər verir ki, 27 yaşlı oyunçu İspaniya millisinin düşərgəsində olarkən baldır əzələsində ağrı hiss edib.
Tibbi müayinələrdən keçən Olmonun əzələsində zədə aşkarlandığı, lakin birləşdirici toxumada ciddi problem olmadığı bildirilib. Bu səbəbdən yarımmüdafiəçinin təxminən 2–3 həftə yaşıl meydanlardan kənarda qalacağı qeyd edilib.
“Real Madrid” – “Barselona” görüşü oktyabrın 26-da gerçəkləşəcək.