• Bakı 19° C

    10.83 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

Ötən il Aİ-də məşğulluq səviyyəsi tarixi maksimuma çatıb

CƏMİYYƏT

13 Oktyabr 2025 | 15:17

Ötən il Aİ-də məşğulluq səviyyəsi tarixi maksimuma çatıb

Avropa İttifaqında (Aİ) məşğulluq səviyyəsi ötən il tarixi maksimuma - 75,8 faizə çatıb. Bu, 2030-cu il üçün müəyyən edilmiş 78 faizlik hədəfdən 2,2 faiz aşağıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsinin (Eurostat) məlumatında bildirilib.

Aİ-də statistik bölgü sistemi üzrə ikinci səviyyəyə (NUTS 2) aid olan 243 regiondan 113-ü (46,5 faizi) artıq 78 faizlik məşğulluq hədəfinə çatıb və ya onu keçib. Həmin 113 region əsasən Çexiya (8 regionun hamısı), Danimarka (5 regionun hamısı), Almaniya (38 regiondan 35-i), İrlandiya (3 regionun hamısı), Niderland (12 regionun hamısı), Slovakiya (4 regiondan 3-ü) və İsveçdə (8 regionun hamısı) cəmləşib. Estoniya, Kipr və Malta da bu qrupda yer alıb. Ötən il 85 faizdən yuxarı məşğulluq səviyyəsi ilə siyahının ilk sıralarında duran regionlar Aland adaları (86,4 faiz, Finlandiya), Varşava paytaxt regionu (86,2 faiz, Polşa), Bratislava regionu (85,4 faiz, Slovakiya), Budapeşt (85,3 faiz, Macarıstan), Utrext (85,3 faiz, Niderland) və Praqa (85,1, Çexiya) olub.

Nisbətən aşağı məşğulluq göstəriciləri əsasən kənd və seyrək məskunlaşmış ərazilərdə, eləcə də Aİ-nin periferiya regionlarında müşahidə olunub. Bu tendensiya xüsusilə İspaniya və İtaliyanın cənubunda, Yunanıstanın böyük hissəsində, Rumıniyanın bəzi bölgələrində və Fransanın uzaq adalarında daha qabarıq şəkildə görünür. Digər aşağı göstəriciyə malik olan regionlar isə hələ də iqtisadi cəhətdən yenidən qurula bilməyən və qloballaşmanın mənfi təsirlərinə məruz qalan keçmiş sənaye mərkəzləridir. Aİ-nin 243 regionundan təxminən dörddəbiri (65 region) 73,5 faizdən aşağı məşğulluq səviyyəsinə malik olub. Həmin regionlar İtaliyanın cənubunda Kalabriya (48,5 faiz) və Kampaniya (49,4 faiz), Siciliya adası (50,7 faiz), Belçikada Brüssel paytaxt regionu (64,1 faiz), Latsio (69 faiz, İtaliya), Avstriyada Vyana (70,6 faiz), Yunanıstanda Attiki (71 faiz) regionlarıdır.


SON XƏBƏRLƏR