• Bakı 16° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

ADY: Qeyri-iş günlərində 70 minə yaxın sərnişin daşınıb

CƏMİYYƏT

12 Noyabr 2025 | 13:40

ADY: Qeyri-iş günlərində 70 minə yaxın sərnişin daşınıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 8-11 noyabr qeyri-iş günlərində 69 555 sərnişin daşıyıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, qeyri-iş günlərində səhmdar cəmiyyət Abşeron dairəvi dəmir yolu ilə 58 858 nəfər, Bakı-Qazax-Bakı marşrutu ilə 6 523 nəfər (Bakı-Ağstafa-Bakı əlavə reysləri daxil olmaqla) sərnişin daşınıb.

Digər (Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı və Gəncə-Mingəçevir marşrutları) – 4 174 nəfər sərnişin daşınıb.

Qeyd edək ki, ADY 8-11 noyabr tarixlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərib və bu müddət ərzində ölkədaxili marşrutlar üzrə əlavə reyslər yerinə yetirilib, vaqon sayı tələbata uyğun olaraq artırılıb. Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.


SON XƏBƏRLƏR