• Bakı 15° C

    13.33 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

Əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib

İQTİSADİYYAT

13 Oktyabr 2025 | 16:41

Əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1 milyard 940.4 milyon manat xərclənib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,4% artıb.

Qeyd edək ki, cari ilin təkcə sentyabr ayında sözügedən göstərici 202.4 milyon manat təşkil edib.

Xatırladaq ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq, o cümlədən 275,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 228,6 manatlıq qeyri-ərzaq malları alıb.


SON XƏBƏRLƏR