• Bakı 16° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Bu qanun layihəsi hökumətə təqdim edilib

İQTİSADİYYAT

12 Noyabr 2025 | 14:48

Bu qanun layihəsi hökumətə təqdim edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) kredit bazarında şəffaflığı artırmaq üçün “Kredit reytinq agentlikləri haqqında” qanun layihəsi hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən “Asia SME Monitor 2025” seminarında deyib.

    O bildirib ki, yeni qanun Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə hazırlanıb və razılaşdırılmaq üçün hökumətə təqdim edilib. Sənədin məqsədi – banklar və bizneslər arasında məlumat boşluğunu azaltmaq, kreditlərin qiymətləndirilməsini daha şəffaf etməkdir.

    R.Tahirov əlavə edib ki, Mərkəzi Bank həm də İslam maliyyəsi çərçivəsi hazırlayır. Bu sistem alternativ maliyyə forması kimi nəzərdə tutulur. Hazırda qanunvericilik dəyişikliklərinin layihəsi üzərində iş gedir.

    Bu layihəyə Gürcüstan Mərkəzi Bankı texniki dəstək göstərir. Mərkəzi Bank ilin sonunadək bu dəyişiklikləri hökumətə təqdim etməyi planlaşdırır.

    Rüstəm Tahirovun sözlərinə görə, hər iki təşəbbüs – reytinq agentlikləri haqqında qanun və İslam maliyyəsi çərçivəsi – kiçik və orta bizneslərin maliyyəyə çıxışını asanlaşdıracaq və bazarda şəffaflığı artıracaq.


    SON XƏBƏRLƏR