• Bakı 16° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Azərbaycanda BU QURUMUN fəaliyyəti RİSKə girə bilər

İQTİSADİYYAT

12 Noyabr 2025 | 14:57

Azərbaycanda BU QURUMUN fəaliyyəti RİSKə girə bilər

Orta aylıq pensiya məbləğinin aylıq gəlirlərə və məcburi dövlət sosial sığorta haqlarından gəlirlərin əhali gəlirlərinə nisbət göstəricilərinin davranış meylləri gələcəkdə əhali gəlirlərində yarana biləcək dəyişikliklərin demoqrafik göstəricilərlə birgə fondun dayanıqlığının təmin edilməsində risklərə yol aça bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün büdcə layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.

    Rəydə qeyd edilib ki, əhalinin gəlirləri 2024-cü ilin yanvar-iyul ayları dövrü üzrə 53,9 mlrd. manat, 2025-ci ilin yanvar-iyul ayları üzrə isə 57,9 mlrd. manat, müvafiq dövrlərdə məcburi dövlət sosial sığorta haqlarından gəlirlərin məbləği 2,7 mlrd. manat və 3,2 mlrd.manat təşkil etmişdir. Məcburi dövlət sosial sığorta haqlarının gəlirlərə nisbəti 2024-2025-ci illərin ilk 6 ayı üzrə müvafiq olaraq 5,0% və 5,5% təşkil etmişdir. Eyni zamanda, “Büdcə zərfi” ilə birgə təqdim olunmuş məlumatlara əsasən cari ilin sonuna əhali gəlirləri 89,9 mlrd. manat, 2026-cı ildə isə 97,4 mlrd. manat səviyyəsində proqnozlaşdırılmışdır. Müvafiq dövr üzrə məcburi dövlət sosial sığorta haqlarından gəlirlər 6,2 mlrd. manat və 6,6 mlrd. manat səviyyəsində proqnozlaşdırılmışdır. Bu göstəricilərə istinadən 2025-2026-cı illər üzrə məcburi dövlət sosial sığorta haqlarından gəlirlərin əhalinin ümumi gəlirlərinə nisbəti 6,9% və 6,7% səviyyəsində müəyyənləşdirilib. Göründüyü kimi, xüsusi çəkinin 2024-2025-ci illərin I yarımillik dövrü üzrə 0,5 faiz bəndi artımı fonunda cari ilin sonuna gözlənilən icra və növbəti ilin proqnoz göstəriciləri üzrə xüsusi çəki göstəricisi, əksinə, 0,2 faiz bəndi azalma tempinə malikdir. Bu əhali gəlirlərinin cari ilin sonuna gözlənilən həcminə nisbətən gələn ilin proqnoz göstəricisinin 8,3%, məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin isə cari ilin sonuna gözlənilən icra ilə müqayisədə növbəti ildə 5,8% artım tempi ilə proqnozlaşması ilə əlaqədardır.


    SON XƏBƏRLƏR