• Bakı C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Mərkəzi Bank üç lizinq şirkətini cərimələdi

İQTİSADİYYAT

12 Dekabr 2025 | 09:53

Mərkəzi Bank üç lizinq şirkətini cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Legion Financial" ASC, "Level Leasing" MMC və "Ekolizinq" MMC barəsində inzibati xəta haqqında qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, cari nəzarət tədbirləri çərçivəsində adıçəkilən təşkilatların qanunvericilikdə müəyyən olunmuş müddətlərdə hesabatları təqdim etmədiyi və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlama öhdəliklərini yerinə yetirmədiyi müəyyən olunub.

Bu səbəbdən hər üç qurum İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq 2 min manat məbləğində cərimələnib.


SON XƏBƏRLƏR

11 Dekabr 2025