• Bakı C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

AMB Bakıda daha bir valyuta mübadiləsi məntəqəsinə lisenziya verib

İQTİSADİYYAT

12 Noyabr 2025 | 15:41

AMB Bakıda daha bir valyuta mübadiləsi məntəqəsinə lisenziya verib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Money Shop" MMC-yə Bakıda daha bir valyuta mübadiləsi məntəqəsi açmaq üçün lisenziya verib.

Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bununla da, şirkətin valyuta mübadiləsi məntəqələrinin sayı 2-yə çatıb. Yeni məntəqə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 22 ünvanında fəaliyyət göstərəcək.

Hazırda "Money Shop"dan başqa daha 6 şirkət - "Eliko", "Delta Capital", "Zuhur", "Bakı Mərkəzi Valyuta", "Meta-Kapital" və "MMK-014" MMC-lər müvafiq lisenziyaya malikdirlər.

Xatırladaq ki, "Money Shop" ilk lisenziyanı 2024-cü ildə alıb.


SON XƏBƏRLƏR

16 Dekabr 2025