• Bakı 16° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

AMB: KOB-ların əlavə dəyər yaratma qabiliyyəti olduqca aşağıdır

İQTİSADİYYAT

12 Noyabr 2025 | 14:17

AMB: KOB-ların əlavə dəyər yaratma qabiliyyəti olduqca aşağıdır

Azərbaycanda kiçik və orta biznes (KOB) sektorunun əlavə dəyər yaratma qabiliyyəti olduqca aşağıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən "Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025"in təqdimat seminarında bildirib.

Onun sözlərinə görə, banklar kiçik və orta biznes üçün xarici maliyyələşdirmənin əsas mənbəyidir: "Rəqəmlərə baxsaq, KOB kreditləri ümumi kredit portfelinin 25 %-ni və ümumi biznes portfelinin 47 %-ni təşkil edir ki, bu da bankların real iqtisadiyyatla artan əməkdaşlığının göstəricisidir. Lakin bu o deməkdir ki, kredit dövrəsi dəyişdikdə KOB-lar öz fəaliyyətləri üçün maliyyələşdirmə əldə etməkdə çətinliklərlə üzləşə bilərlər".

O əlavə edib ki, KOB sektoru məşğulluq baxımından mühüm rol oynayır: "Bu, milli məşğulluğun demək olar ki, yarısını təşkil edir. Bununla yanaşı, KOB sektorunun əlavə dəyər yaratma qabiliyyətinin olduqca aşağı olduğunu görürük. Bu onu göstərir ki, KOB məşğulluğu əsasən aşağı məhsuldarlıq sektorlarındadır. Maliyyə aktivlərinin bank sektorunda cəmləşməsi isə bankları KOB-ların maliyyə ehtiyaclarının qarşılanmasında həlledici amilə çevirir".


SON XƏBƏRLƏR