Beyləqanda baş verən qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan qardaşlardan biri ölüb.
Bakıvaxtı.az-ın məlumatına görə, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov həkimlərin səylərinə baxmayaraq xəstəxanada vəfat edib.
Qeyd edək ki, avtoqəza zamanı xəsarət alanlar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarıdır.
***
10:21
Beyləqanda baş verən qəza zamanı ikisi qardaş olmaqla 3 nəfər xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Birinci Şahsevən kəndi ərazində baş verib.
Qəza zamanı 1999-cu il təvəllüdlü Həşimov Ülvi Bariz oğlu, 1996-cı il təvəllüdlü Həşimov Elvin Bariz oğlu və 1999-cu il təvəllüdlü Səfərov Məhərrəm Elman oğlu ağır xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə qəzaya düşənlər nişan mərasimindən qayıdan zaman baş verib.
Faktla bağlı araşdırma aparılır.
Bakı 



