• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Astarada yol qəzası: 1 nəfər ölüb

HADİSƏ

12 Noyabr 2025 | 13:04 | Müəllif: Əli Hüseynov

Astarada yol qəzası: 1 nəfər ölüb

Astarada yol qəzası baş verib.

Bakıvaxtı.az-ın apa-ya istinadla xəbərə görə, hadisə Astara rayonunun Təngərüd kəndi ərazisində qeydə alınıb.

    Astara sakini 1992-ci il təvəllüdlü Cəsarət Əliyevin idarə etdiyi "Niva" markalı nəqliyyat vasitəsi, rayon sakini 1965-ci il təvəllüdlü Kamran Məmmədovun idarə etdiyi "Mercedes-190" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

    Qəza nəticəsində K.Məmmədov hadisə yerində ölüb. "Niva"nın sürücüsü və maşında olan Astara sakini 1991-ci il təvəllüdlü Fail Qüdrətov xəsarətlə Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

    Müayinədən sonra onlar Lənkəran rayon mərkəzi xəstəxanasına təxliyə olunublar.

    Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    09 Noyabr 2026