20 nəfərlik heyətlə Gürcüstanda qəzaya uğrayan C130 hərbi yük təyyarəsinin qalıqları tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlama yayıb. O, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
"Gürcüstanın daxili işlər naziri cənab Gela Geladze ilə müntəzəm olaraq görüşməyə davam edirəm. Nazir saat 17:00 radələrində C130 hərbi yük təyyarəmizin qalıqlarına çatdı və axtarış-xilasetmə işləri davam edir. Allah şəhidlərimizə rəhmət eləsin, millətimizə və ailələrinə başsağlığı versin. Yerləri behişt olsun", - deyə Yerlikaya qeyd edib.
Bakı 



