• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Mərmərin altında qaldı - 45 yaşlı kişi ÖLDÜ

HADİSƏ

12 Noyabr 2025 | 09:58 | Müəllif: Əli Hüseynov

Mərmərin altında qaldı - 45 yaşlı kişi ÖLDÜ

Abşeron rayonunda 45 yaşlı kişinin üzərinə yük avtomobilinə yüklədiyi mərmər daşı düşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə ötən gün Xırdalan şəhərinin ərazisində baş verib.

Sumqayıt şəhər sakini 1980-ci il təvəllüdlü Ziyad Həsənov idarə etdiyi “Ford” markalı 77 JS 848 N-li yük avtomobilinə mərmər daşı yükləyən zaman daş üzərinə düşüb.

Xəsarətlə xəstəxanaya yerləşdirilən Z.Həsənov orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Noyabr 2026