ABŞ Qəzza sektorunun bərpasına dəstək verəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İsrail parlamentində (Knesset) çıxışı zamanı bildirib.
Tramp vurğulayıb ki, Fələstin sakinləri stabil, təhlükəsiz və iqtisadi baxımdan inkişaf etmiş mühitin bərpasına fokuslanmalıdırlar.
"ABŞ prosesdə partnyor kimi fəaliyyət göstərəcək. Bu təşəbbüs çərçivəsində yaradılacaq "sülh şurası" vasitəsilə Qəzza sektorunun bərpasına maliyyə dəstəyi təmin olunacaq",- o qeyd edib.