Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsi, Savalan yaşayış massivindən keçən Samur–Abşeron suvarma kanalında balıqların tələf olması ilə bağlı yayılan görüntülər aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Bu barədə Bakıvaxtı.az-a Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib.
Məlumata görə, hadisə ilə bağlı Balıqçılıq və Akvakultura Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları əraziyə baxış keçiriblər.
Qeyd edilib ki, Samur–Abşeron suvarma kanalı balıq yetişdirilməsi üçün nəzərdə tutulmayıb.
Ərazidə ilkin sorğular aparılıb, sudan və balıqlardan nümunələr götürülərək müvafiq laborator müayinələrə göndərilib.
Xatırladaq ki, bir müddət öncə Savalan yaşayış massivindən keçən Samur–Abşeron suvarma kanalında balıqların tələf olması ilə bağlı KİV-də məlumatlar yayılıb.
Bakı 



