Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki səfiri Sergey Neçayevi kiberhücum və dezinformasiya kampaniyaları ilə əlaqədar olaraq çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Berlində keçirilən brifinqdə bildirib.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib: "Bu səhər Rusiya səfirini Almaniya Xarici İşlər Nazirliyinə çağırdıq və Rusiyanın hərəkətlərini yaxından izlədiyimizi və onlara qarşı tədbir gördüyümüzü açıq şəkildə bildirdik. Rusiyanın qəbuledilməz hərəkətlərinin nəticələri olacaq".
Bakı 



