İtaliyada fəhlələr hökumətin 2026-cı il büdcə planına etiraz olaraq genişmiqyaslı tətilə başlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, Roma, Milan və Florensiya da daxil olmaqla bir çox şəhərdə minlərlə fəhlə küçələrə çıxıb.
Etirazçılar hökumətdən pensiya yaşının artırılmasının dayandırılmasını, maaşların yüksəldilməsini, işsizliyə qarşı tədbirlərin gücləndirilməsini və yenidən silahlanmaya ayrılan vəsaitlərin sosial sahələrə yönəldilməsini tələb ediblər.
Baş nazirin müavini Matteo Salvini dəmir yolu xidmətlərində fasilələrin məhdud olduğunu bildirsə də, bəzi regionlararası qatarların gecikdiyi və ləğv edildiyi açıqlanıb.
Əli Hüseynov
Bakı 


