• Bakı 14° C

    5.56 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Rusiya və İranın XİN başçıları regional məsələləri müzakirə edib

DÜNYA

12 Noyabr 2025 | 16:43

Rusiya və İranın XİN başçıları regional məsələləri müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Ərkaçi ilə telefonda ikitərəfli və regional məsələləri müzakirə edib.

Bakıvaxtı.az "eghtesadnews"a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Bildirilib ki, nazirlər Qətər və Türkiyənin vasitəçiliyi əsasında Əfqanıstanla Pakistan arasında atəşkəsin elan olunması, hərbi əməliyyatların dayandırılmasına dair əldə edilən razılaşmanı müsbət qiymətləndiriblər.

Məlumata görə, XİN başçıları telefon danışığında Yaxın Şərqdə, xüsusilə Qəzzada baş verən prosesləri, bu məsələnin BMT Təhlükəsizlik Şurasında və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyətində müzakirə edilməsinə də toxunublae. Nazirlər bu məsələlərin regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.


SON XƏBƏRLƏR