Hindistan Ordusu Banqladeşlə sərhəddən 40 kilometr aralıda Assam əyalətinin şimal-şərqində hava-desant və ordu hissələrinin yerləşdirilməsi üçün əsas kəşfiyyat mərkəzinin və onun ilk hərbi bazasının tikintisinə başlayıb.
Bakıvaxtı.az "Press Trust of India"ya istinadən xəbər verir ki, bu obyektlərin tikintisi transsərhəd cinayətlərin artması, bölgədə fundamentalist qrupların fəallığının artması və Banqladeş tərəfindən Hindistanın şimal-şərqini ölkənin qalan hissəsi ilə birləşdirən strateji əhəmiyyətli 22 kilometrlik Siliquri dəhlizinin qarşısını almaq üçün potensial hərəkətlər fonunda baş verir.
Assamdakı bazalar Hindistan Ordusuna insan və elektron kəşfiyyat daxil olmaqla, kəşfiyyat şəbəkəsini gücləndirməyə və regionda əməliyyat imkanlarını genişləndirməyə imkan verəcək.
Ekspertlərin fikrincə, Banqladeşdə müvəqqəti hökumət hakimiyyətə gəldikdən sonra ölkənin Hindistana münasibəti kəskin şəkildə dəyişib. Pakistanın yüksək səviyyəli siyasətçiləri və hərbi rəsmilərinin Banqladeşə tez-tez səfərləri Yeni Dehli üçün ciddi narahatlıq mənbəyidir.
Hindistan həmçinin Banqladeş səlahiyyətlilərinin Çinə Siliquri dəhlizinin yaxınlığında yerləşən Lalmonirhat aerodromundan istifadə etməyə icazə verməsindən narahatlığını ifadə edib.
Gülşən Şərif
Bakı 



