Macarıstan hökuməti Rusiyanın siyasətinin bundan sonra da bütün Avropa üçün əhəmiyyətli olacağına inanır və bu vəziyyətdən maksimum yararlanmaq niyyətindədir.
Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Rusiya ilə münasibətlərə dair sualı cavablandıran baş nazir, siyasi opponentlərinin Rusiyanın Macarıstana qeyri-qanuni təsir göstərməsi və ya özünün Rusiya prezidenti Vladimir Putinlə hansısa gizli razılaşmaya getməsi ilə bağlı ittihamlarını rədd edib.
"Mən Rusiyanın qarşıdakı 15 və 20 il ərzində Avropa və Macarıstanın taleyində oynayacağı rolu aydın başa düşürəm və bundan maksimum yararlanmaq niyyətindəyəm. Rusiya bizə heç bir təsir göstərə bilməz. Biz bütün siyasi qərarlarımızı Macarıstanın maraqlarına əsaslanaraq veririk", - Orban bildirib.
Gülşən Şərif
Bakı 



