Kolumbiya prezidenti Qustavo Petro Vaşinqtonun Karib dənizində narkotik alverində şübhəli bilinən gəmilərə zərbələr endirməsi ilə əlaqədar Birləşmiş Ştatlarla kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq barədə göstəriş verib.
Bakıvaxtı.az "Financial Times"a istinadən xəbər verir ki, bu tədbirlər ABŞ Karib dənizində gəmilərə zərbələr endirməyinə qədər qüvvədə qalacaq.
Məlumata görə, hökumətin bütün səviyyələrində kəşfiyyat orqanlarına Amerika təhlükəsizlik agentlikləri ilə əlaqəni və digər əməliyyatları dayandırmaq əmri verilib.
Qeyd edək ki, Amerika prezidenti Donald Tramp dəfələrlə Kolumbiya və Venesuela rəhbərliyini narkotik ticarəti ilə mübarizədə kifayət qədər səy göstərmədiyinə görə tənqid edib.
Gülşən Şərif
Bakı 



