Finlandiya Ukraynaya üçün ABŞ-dan silah alınması ilə bağlı razılaşma əldə edib, lakin yekun qərar hələ qəbul olunmayıb.
Bakıvaxtı.az xəbər verir ki, “Helsingin Sanomat” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Helsinki Birləşmiş Ştatlardan silah alışını “Prioritised Ukraine Requirements List” planı çərçivəsində həyata keçirmək niyyətindədir. Bu plan iyul ayında ABŞ Prezidenti Donald Tramp tərəfindən elan olunub.
Finlandiya, əvvəllər yerli sənayeni dəstəkləmək, silahları daxili müəssisələrdən alaraq Ukraynaya göndərmək məqsədilə bu təşəbbüsə qoşulmamışdı.
Qeyd edək ki, Helsinki 2022-ci ildən etibarən Kiyevə ümumilikdə 3,3 milyard avrodan çox silah və hərbi avadanlıq göndərib.