Rusiya-Myanma hərbi dəniz qüvvələrinin "Marumex-2025" təlimləri noyabrın 13-dən 14-dək Andaman dənizinin şimalında keçiriləcək.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bununla bağlı Sakit Okean Donanmasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, "Marumex-2025" dəniz təlimində iştirak etmək üçün “Marşal Şapoşnikov”, “Qremyaşşi” korveti və tanker Boris Butomadan ibarət Sakit Okean Donanmasının gəmilərindən ibarət dəstə Myanma İttifaqı Respublikasının Tilava limanına gedib.
Noyabrın 13-dən 14-dək Andaman dənizinin şimalında Myanma Hərbi Dəniz Qüvvələri və Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin iştirakı ilə ikitərəfli hərbi dəniz təlimi keçiriləcək.
Təlimin əsas məqsədi dəniz əməkdaşlığının hərtərəfli inkişafı və möhkəmləndirilməsi, o cümlədən Cənub-Şərqi Asiyanın dəniz regionlarında mülki gəmiçilik və dəniz iqtisadi fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi məsələlərinin inkişafıdır.
Rəsmi məlumatlara görə, bir neçə il əvvəl aparılan modernləşdirmədən sonra "Marşal Şapoşnikov" freqatı uzaq mənzilli "Kalibr" qanadlı raketləri ilə təchiz edilib.
Gülşən Şərif
Bakı 



