• Bakı 15° C

    13.33 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

“Dostum ad günümə kokain hədiyyə etmişdi”

CƏMİYYƏT

13 Oktyabr 2025 | 17:06

“Dostum ad günümə kokain hədiyyə etmişdi”

Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Yunis Məmmədlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, Yunis bir müddət axtarışda olub və polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı gizləndiyi yerdə saxlanılıb. Onun üzərinə baxış zamanı müxtəlif növ narkotik vasitələrlə yanaşı, kokain də aşkarlanıb.

32 yaşlı müttəhim məhkəmədə 1 qrama yaxın çəkisi olan kokaini ona dostunun verdiyini deyib.

Hakim Hafiz Kamranov isə həmin narkotikin qara bazarda kifayət qədər baha olduğunu, kiminsə marağı olmadan onu boş yerə verməsini inandırıcı hesab etməyib.

“Boş yerə deyildi. Dostum ad günümə hədiyyə etmişdi. Heç 1 qram olmazdı. Amma qara bazarda baha satıldığını bilirəm”, – deyə Yunis hakimi maraqlandıran məsələni cavablandırıb.

Proses zamanı şahid qismində dindirilən polis əməkdaşları da təqsirləndirilən şəxsin üzərində kokain olduğunu təsdiq ediblər.

İclas gələn həftə qalan şahidlərin dindirilməsi ilə davam edəcək.

Qeyd edək ki, verilmiş ittiham sübuta yetirilsə, təqsirləndirilən şəxsi 12 ilə kimi həbs gözləyir.


SON XƏBƏRLƏR