• Bakı 15° C

    4.1 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Rəsmi Tehran İran-Azərbaycan-Rusiya formatının əhəmiyyətini açıqlayıb

SİYASƏT

13 Oktyabr 2025 | 14:48

Rəsmi Tehran İran-Azərbaycan-Rusiya formatının əhəmiyyətini açıqlayıb

Bakıda keçirilən İran, Azərbaycan və Rusiya üçtərəfli görüşü regionda əlaqələndirmə üçün vacib mexanizmdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi mətbuat konfransında bildirib.

Bəqayi qeyd edib ki, bu format digər regional platformalarla yanaşı mövcuddur və iqtisadiyyat, ticarət və təhlükəsizlik sahələrində mövqelərin uzlaşdırılmasına yönəlib.

“Bu görüş göstərir ki, İran və onun qonşuları əməkdaşlıq vasitəsilə sabitlik və təhlükəsizliyin gücləndirilməsini nə dərəcədə yüksək qiymətləndirirlər”, - o vurğulayıb.


SON XƏBƏRLƏR