• Bakı C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Tehran BƏƏ-nin iddialarını rədd etdi: Üç ada İranındır

DÜNYA

07 Dekabr 2025 | 12:56

Tehran BƏƏ-nin iddialarını rədd etdi: Üç ada İranındır

"Tarixə, hüquqi sənədlərə və real faktlara əsasən, Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları üzərində İran İslam Respublikasının suverenliyinə dair heç bir şübhə yoxdur. Bu məsələ tam aydındır".

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

O, Körfəz Əməkdaşlıq Şurasının bəyanatında təkrarlanan iddiaların yeni olmadığını vurğulayıb:

"Bu, əvvəlki illərdə də təkrarlanan iddialardır. İran bu iddiaları tamamilə rədd edir və qəbul etmir."

XİN sözçüsü region ölkələrini məsuliyyətli mövqeyə çağırıb:

"Fars körfəzi ölkələrinə tövsiyəmiz budur ki, bölgədə gərginliyi artıran bəyanat və mövqelərlə çıxış etməsinlər. İran həmişə qonşu dövlətlərlə dostluq və yaxşı münasibətlər istəyib və bu siyasətini davam etdirəcək. Bununla yanaşı, ölkəmiz milli suverenliyini və ərazi bütövlüyünü tam qətiyyətlə müdafiə edəcək".


SON XƏBƏRLƏR

25 Yanvar 2026
24 Yanvar 2026