• Bakı C

    9.35 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

KİV: Avropa Zelenskini ərazi güzəşti etməməyə inandırmağa çalışır

DÜNYA

07 Dekabr 2025 | 16:16

KİV: Avropa Zelenskini ərazi güzəşti etməməyə inandırmağa çalışır

Avropa ölkələri ABŞ-nin Rusiya ilə birgə hazırladığı sülh planı üzrə danışıqlar aparmaq cəhdlərindən dərin narahatdır və Ukrayna prezidenti Volodimir Zelenskini ərazi güzəştlərindən imtina etdirməyə çalışır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd edilib ki, Avropanın əsas məqsədi Vaşinqtonun Zelenskini öz qoşunlarını Donbasdan çıxarmağa məcbur edə biləcəyi vəziyyətdən qaçmaq, həmçinin onu ərazi güzəştlərini nəzərdə tutan əvvəllər təklif edilmiş sülh müqaviləsi ilə razılaşmamağa inandırmaqdır.

Qeyd olunur ki, Avropa liderləri digər məsələlərlə yanaşı, ABŞ-nin danışıqların nəticəsiz qalacağı təqdirdə Kiyevə dəstəyini əhəmiyyətli dərəcədə azalda biləcəyindən çəkinirlər.

"Bloomberg" həmçinin bildirir ki, işlənməkdə olan sazişin bağlanması, ehtimal ki, Qərbin təslim olması demək olacaq.


SON XƏBƏRLƏR

21 Yanvar 2026