• Bakı C

    3.17 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Almaniya XİN Çinə Ukrayna ilə bağlı çağırış edib

DÜNYA

08 Dekabr 2025 | 00:06

Almaniya XİN Çinə Ukrayna ilə bağlı çağırış edib

Almaniyanın xarici işlər naziri Yohannes Vaddeful Çinə gözlənilən səfəri öncəsi Pekini Ukraynada sülhə nail olmaq üçün Rusiya üzərindəki təsirindən istifadə etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, Vaddeful Ukrayna problemini ümumi təhlükəsizlik məsələsi adlandırıb:

"Avropadakı ən mühüm təhlükəsizlik maraqlarımızı təhdid edən Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi Asiya və Avropada təhlükəsizlik, rifah və azadlığın nə qədər sıx bağlı olduğunu nümayiş etdirir. Atəşkəs əldə etmək üçün diplomatik səylər tam sürətlə davam edir".

"Bir daha qeyd edirəm ki, hər hansı başqa ölkə Rusiyaya Çin qədər təsir gücünə malik deyil və öz ağırlığından Rusiyanı Ukraynanın suverenliyinə hörmət edən ciddi danışıqlara hazır olmağa sövq edəcək qədər istifadə edə bilməz. Çinin Ukraynada ədalətli və davamlı sülhün əldə edilməsinə töhfə verməsi bizim maraqlarımıza uyğundur", - Vaddeful bildirib.

Almaniya xarici işlər nazirinin sözlərinə görə, beynəlxalq gərginliyin və geosiyasi təlatümlərin artdığı bir vaxtda Çinlə birbaşa, intensiv məlumat mübadiləsi zəruri, hətta vacibdir.

"Biz daim konstruktiv şəkildə Çinlə aktual beynəlxalq problemlərin birgə həlli yollarını axtarmalıyıq və axtarmaq istəyirik", - o vurğulayıb.


SON XƏBƏRLƏR

22 Yanvar 2026