• Bakı C

    2.49 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Xalq artisti Türkiyədə əməliyyat olundu 

CƏMİYYƏT

07 Dekabr 2025 | 22:16

Xalq artisti Türkiyədə əməliyyat olundu 

Xalq artisti Azərin Türkiyədə əməliyyat olunub.

Bakıvaxtı.az xəbər verir ki, müğənni bu barədə özü məlumat yayıb.

"Həyat bir imtahan və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin ərəfədən keçdim. Əməliyyat olunma qərarı aldım. Bu gün artıq yaxşıyam. Bu çətin günlərimdə yanımda olan, əlimdən tutan insanlara vəfa borcum var. Dostum Fulya Öztürkə təşəkkür edirəm, məni bir an belə tək qoymadı. Duaları ilə məni bir an olsun tək qoymayan ailəmə, ailəm qədər yaxın bağ qurduğum dostlarıma təşəkkür edirəm. Sizin sevginiz, hər an yanımda olmağınız mənə güc və mənəvi dəstək verdi. Həyatımda olduğunuz üçün Allaha şükür edirəm", - deyə sənətçi yazıb.


SON XƏBƏRLƏR

22 Yanvar 2026