Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda macar həmkarı Peter Siyarto ilə enerji, Avropa İttifaqı (Aİ) çərçivəsində müdafiə əməkdaşlığı, Ukrayna və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, hazırlıq iclası prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Viktor Orbanın iştirakı ilə Strateji Əməkdaşlıq Şurasının iclasından əvvəl keçiriləcək.
"Xarici işlər naziri Hakan Fidan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birlikdə dekabrda prezident Tayyib Ərdoğan və Baş nazir Viktor Orbanın sədrliyi ilə İstanbulda keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclası ərəfəsində Türkiyə-Macarıstan Birgə Məşvərət Mexanizminin ilk iclasında iştirak edəcək", - məlumatda bildirilib.
Qeyd edilib ki, Fidan iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı investisiyaların artırılması üçün birgə səylərin aktivləşdirilməsinin zəruriliyini vurğulamaq niyyətindədir.
Bakı 



