• Bakı 10° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Kreml ABŞ-nin yenilənmiş milli təhlükəsizlik strategiyasını şərh edib

DÜNYA

07 Dekabr 2025 | 15:11

Kreml ABŞ-nin yenilənmiş milli təhlükəsizlik strategiyasını şərh edib

"ABŞ prezidenti Donald Trampın ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasına etdiyi düzəlişlər əsasən Moskvanın baxışlarına uyğundur. Rusiya ümid edir ki, bu, Vaşinqtonla Ukrayna nizamlanması üzrə gələcək konstruktiv əməkdaşlığa yol açacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov VGTRK-nın jurnalisti Pavel Zarubinə şərhində vurğulayıb.

Peskov Trampın yenilənmiş milli təhlükəsizlik strategiyasını şərh edərkən qeyd edib: "Gördüyümüz düzəlişlər, deyərdim ki, bizim baxışımıza əsasən uyğundur. Və bəlkə də ümid edə bilərik ki, bu, ən azı, Ukraynada sülh yolu ilə nizamlanmanın tapılması üzrə birgə işimizi konstruktiv şəkildə davam etdirə bilməmiz üçün təvazökar təminat ola bilər". 


 


SON XƏBƏRLƏR