• Bakı 20° C

    10.29 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

AFFA apellyasiya şikayətini qəbul etmədi

İDMAN

13 Oktyabr 2025 | 15:06

AFFA apellyasiya şikayətini qəbul etmədi

Azərbaycanın II Liqa təmsilçisi "Kür-Araz" klubunun oyunçusu Elnur Məmmədov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərardan verdiyi apellyasiya şikayəti təmin olunmayıb.

Bakıvaxtı.az xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı II turda "Göygöl"lə matçdan sonra 4 oyunluq diskvalifikasiya edilən kapitanın cəzasını qüvvədə saxlayıb.

Qeyd edək ki, "Göygöl" və "Kür-Araz" klubları arasında keçirilən görüşdən sonra hakimin ikinci sarı vərəqəsindən sonra qırmızı vərəqə aldığına və oyunun hakimlərini təhqir etdiyinə görə E.Məmmədov 4 oyun cəzalanıb. "Kür-Araz" klubu isə 1000 manat cərimələnib.


SON XƏBƏRLƏR