• Bakı 25° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

HƏMAS İsraildə həlak olmuş dörd girovun cəsədlərini təhvil verəcək

DÜNYA

13 Oktyabr 2025 | 18:05 | Müəllif: Gülşən Şərif

HƏMAS İsraildə həlak olmuş dörd girovun cəsədlərini təhvil verəcək

"Əl-Qəssam" qruplaşması (Fələstin HƏMAS hərəkatının hərbi qanadı) bazar ertəsi dörd həlak olmuş İsrail girovunun meyitlərini təhvil verəcəyini təsdiqləyib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə HƏMAS-ın hərbi qanadının məlumatında deyilir.

"Mübadilə sazişi çərçivəsində "Əl-Qəssam" briqadaları 13 oktyabr 2025-ci il, bazar ertəsi günü dörd girovun meyitlərini təhvil verəcək", - məlumatda qeyd olunub.

Media məlumatlarına görə, Qay İluz, Yosi Şarabi, Bipin Coşi və Daniel Perezin meyitləri təhvil veriləcək.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026