• Bakı 16° C

    13.33 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

Bakıda “İtaliya mətbəxi həftəsi” keçiriləcək

CƏMİYYƏT

13 Oktyabr 2025 | 17:15

Bakıda “İtaliya mətbəxi həftəsi” keçiriləcək

İtaliya Səfirliyi, ITA- İtaliya Ticarət Agentliyi ilə əməkdaşlıq çərçivəsində, “İtaliya mətbəxi: sağlamlıq, mədəniyyət və innovasiya” mövzusunda “Dünya İtaliya mətbəxi həftəsinin X buraxılışı”nı təşkil edir. Bu tədbir Bakıda ən çox gözlənilən hadisələrdən birinə çevrilib.

İtaliya səfirliyindən Bakıvaxtı.az-a bildirilib ki, tədbirin builki buraxılışı, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına namizəd olan İtalyan mətbəxinin mədəniyyət aspektini vurğulamağı, həmçinin düzgün qidalanma və sağlamlıq tərəflərini önə çıxarmağı hədəfləyir. Bu, eyni zamanda, qeyri-yoluxucu xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə BMT-nin dördüncü yüksək səviyyəli görüşündəki İtaliyanın mövqeyi ilə uyğundur.

Bu il Azərbaycanda keçiriləcək tədbirdə dünya miqyasında tanınan və İtaliya mətbəxinin ən nüfuzlu nümayəndələrindən biri olan Bergamo şəhərinin üç Michelin ulduzlu məşhur “Da Vittorio” restoranı iştirak edəcək.

“İtaliya mətbəxi həftəsi”nin başlamasını elan etmək məqsədilə oktyabrın 15-də “Four Season” hotelində yerli media nümayəndələri və bloggerlər üçün xüsusi mətbuat konfransı təşkil olunacaq. Konfransda İtaliyanın ölkəmizdəki səfiri Luka Di Canfrançesko, İtaliya Ticarət Agentliyinin direktoru Çeçiliya Oliva və Şef Cerea iştirak edəcəklər. Konfransdan sonra eyni oteldə xüsusi “masterclass” təşkil olunacaq.

Mətbuat konfransı həmçinin Bakıda dekabrın ortalarına qədər keçiriləcək tədbirləri və İtaliya mətbəxinin UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına namizədliyini təqdim edəcək.


SON XƏBƏRLƏR