Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 261,6 milyon ABŞ dolları dəyərində 830 min 164 ədəd smartfon gətirilib.
Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 % çoxdur, kəmiyyət olaraq – 8 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 197 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 6 % çoxdur) 660 min 307 ədəd (-6 %), Vyetnamdan 58,8 milyon ABŞ dolları dəyərində (+20 %) 159 min 171 ədəd (+11 %), Hindistandan 5,7 milyon ABŞ dolları dəyərində (-56 %) 10 min 109 ədəd (-82 %), İndoneziyadan 85,2 min ABŞ dolları dəyərində (+4 dəfə) 320 ədəd (+4,3 dəfə), Cənubi Koreyadan 27,6 min ABŞ dolları dəyərində (-76 %) 230 ədəd (+2 dəfə) cihaz alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 1,5 milyon ədəd smartfonun 79,5 %-i Çinin payına düşüb.