• Bakı 19° C

    10.83 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

AMB sədri Dünya Bankı və BVF-nin İllik Toplantılarında iştirak edəcək

İQTİSADİYYAT

13 Oktyabr 2025 | 15:49

AMB sədri Dünya Bankı və BVF-nin İllik Toplantılarında iştirak edəcək

Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantılarında iştirak məqsədilə ABŞ-nin Vaşinqton şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Bakıvaxtı.az-a AMB-dən bildirilib.

Məlumata görə, 13-18 oktyabr tarixlərini əhatə edəcək İllik Toplantılar zamanı Mərkəzi Bankın nümayəndə heyəti Azərbaycanın da daxil olduğu Seçki Qrupunun toplantısında, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank sədrlərinin qatılacağı tədbirlərdə, eləcə də DB və BVF-nin rəhbər şəxsləri ilə görüşlərdə iştirak edəcək. Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra xarici mərkəzi bankların və maliyyə institutlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşlərinin və qarşılıqlı müzakirələrinin keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, DB və BVF tərəfindən keçirilən İllik Toplantılarda dövlət və özəl sektoru təmsil edən rəhbər şəxslər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyətinin və akademik dairələrin nüfuzlu nümayəndələri tərəfindən qlobal və regional çağırışlarlarla bağlı müzakirələr aparılacaq.


SON XƏBƏRLƏR