Oktyabrın 15-də Ordubad rayonunun bir neçə kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bakıvaxtı.az xəbər verir ki, "Azərenerji" ASC-nin təsdiq etdiyi Naxçıvan Muxtar Respublikasının "Elektroenergetika konsepsiyası" üzrə 2025-ci ildə nəzərdə tutulan işlər çərçivəsində yeni tikilən 110 kilovoltluq "Ordubad-2" hava elektrik verilişi xəttinin çəkilməsi zamanı təhlükəsizlik tədbirləri məqsədilə 35/10 kilovoltluq "Düylün" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Aza" hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.
Bununla əlaqədar Ordubad rayonunun Azadkənd, Aza, Darkənd, Qoşadizə, Kələntər Dizə, Sabirkənd, Gilançay və Baş Dizə kəndlərində 15 oktyabr tarixində saat 09:00-dan 11:00-a qədər elektrik enerjisinin verilişində fasilələr yaranacaq.