2026-cı ilin proqnoz göstəricilərinə (7992,88 mln. manat) əsasən yaşa görə 5507,09 mln. manat (68,9%), əlilliyə görə 1486,68 mln. manat (18,6%), ailə başçısını itirməyə görə pensiya xərci isə 999,11 mln. manat (12,5%) təşkil edəcək.
Bakıvaxtı.az xəbər verir ki, növbəti il yaşa görə pensiya növünün illik xərc göstəricisi cari illə müqayisədə 9,9% artım tempinə malik olub. Əlilliyə görə növünün illik xərc göstəricisi cari illə müqayisədə növbəti ildə 9,1% artım, ailə başçısını itirməyə görə pensiya növü üzrə xərclərin isə cari illə müqayisədə isə gələn il 19,4% artması gözlənilir.
Bakı 



